"Trabzonspor" yeni baş məşqçisi - RƏSMİ

"Trabzonspor" yeni baş məşqçisi - RƏSMİ

"Trabzonspor" yeni baş məşqçisi ilə bağlı açıqlama yayıb. Fanat.az xəbər verir ki, Qara dəniz klubu Ersun Yanalla danışıqlara başlayıb.

Bu barədə klub rəsmi açıqlama yayıb. Birjaya təqdim olunan açıqlamada Ersun Yanalla danışıqların başladığı elan edilib.

Qeyd edək ki, Ersun Yanal 2007-2009 və 2014/15-ci illərdə "Trabzonspor"a başçılıq edib. 54 yaşlı mütəxəssis 2004-2005-ci illərdə Türkiyə millisini çalışdırıb. O, həmçinin "Dənizlispor", "Yeni Salihlispor", "Ankaragücü", "Gənclərbirliyi", "Manisaspor", "Eskişəhərspor" və "Fənərbaxça" klublarına başçılıq edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər