"Trabzonspor" Ramil Şeydayevin Slovakiyanın "Jilina" klubuna icarəyə verilməsi ilə bağlı açıqlama yayıb. Fanat.Az xəbər verir ki, klubun birjaya təqdim etdiyi məlumatda anlaşmanın detalları elan olunub.
Məlum olub ki, "Trabzonspor" 1,5 illik icarəyə verilən futbolçumuza görə qarşı tərəfdən pul almayacaq. Əksinə Ramilin maaşının aylıq 10 min avrosunu Qara dəniz klubu ödəyəcək.
"Trabzonspor" Ramil üçün 3 milyon avro qiyməmt müəyyənləşdirib. Belə ki, "Jilina" 1,5 illik müqavilə davam etdiyi müddətdə 3 milyon avro ödəyərək Ramilin transfer hüququnu ala bilər.
2018/19 mövsümünün sonunadək Ramil 3-cü kluba keçəcəyi halda, transfer haqqının 10 faizi "Trabzonspor"a çatacaq.
Fanat.Az