"Trabzonspor" "Xəzər Lənkəran"ı başsız qoymaq istəyir

"Trabzonspor" "Xəzər Lənkəran"ı başsız qoymaq istəyir
Mustafa Reşit Akçayın istefasından sonra başsız qalan "Trabzonspor" baş məşqçi axtarışına başlayıb. Fanat.az xəbər verir ki, Qara dəniz klubunun "Xəzər Lənkəran"ın çalışdırıcısı Mustafa Dənizliyə elçi düşdüyü deyilir.
"Trabzonspor" prezidenti İbrahim Hacıosmanoğlunun Dənizli ilə bu gün və ya sabah görüşəcəyi bildirilir. "Xəzər Lənkəran"ın baş məşqçisini Trbazon klubuna getməyə razı salmaq üçün hətta "Lig TV"dən adı açıqlanmayan bir nəfərin da araya girdiyi iddia olunur.
Bu arada klubun Divan Kurulunun rəhbəri Ali Özbak yaxın çevrəsinə indiki halda "Trabzonspor"u ancaq Dənizlinin toparlaya biləcəyini deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər