Türkiyə Super Liqasının XXIV turunda keçirilən "Trabzonspor" - "Fənərbaxça" matçı yarımçıq dayandırılıb. Fanat.az xəbər verir ki, buna səbəb azarkeşlər olub.
Belə ki, matçın startından yerli fanatlar meydançaya kənar əşyalar atmağa başlayıb. Qarşılaşmanın ilk yarısına 10 dəqiqə əlavə edən baş hakim Bülənt Yıldırımın səbr kasasını dolduran Volkan Dəmirəlin qoruduğu qapının içərisinə atılan yanar maddə olub. Bundan sonra referi futbolçuları paltardəyişmə otağına aparıb və oyunu davam etdirməyəcəyini bildirib.
Fanat.az