"Top de Yonqdadırsa, mən rahat oluram"

"Top de Yonqdadırsa, mən rahat oluram"

"Barselona"nın mərkəz yarımmüdafiəçisi Pedri komanda yoldaşı Frenki de Yonqu tərifləyib. 

Fanat.Az xəbər verir ki, "Barca Times" ulduz futbolçunun dediklərini belə çatdırıb: 

“Frenki inanılmaz oyunçudur. O, topa sahib olanda özümü tamamilə sakit, rahat hiss edirəm. Çünki bilirəm ki, o, topu itirməyəcək”. 

Qeyd edək ki, 27 yaşlı niderlandlı bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 

"Barselona" 28 turdan sonra 60 xalla İspaniya çempionatının turnir cədvəlinə liderlik edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər