"Səbail" I Liqanın hazırlığına bu tarixdə başlayacaq - AÇIQLAMA

"Səbail" I Liqanın hazırlığına bu tarixdə başlayacaq - AÇIQLAMA

Ötən mövsüm Premyer Liqanı sonuncu pillədə başa vuraraq I Liqaya yuvarlanan "Səbail"in bir araya gələcəyi tarix müəyyənləşib.

Bu barədə Fanat.Az-a Bakı klubunun icraçı direktoru Firuz Abdulla məlumat verib. 

"Dənizçilər" iyulun 25-də növbəti mövsümün hazırlığına başlayacaq: "İyulun 25-dən təlim-məşq toplanışına start veriləcək. Məşqlər "ASCO Arena"da olacaq. Heyətin formalaşdırılması 80-85 faiz tamamlanıb. Yalnız legioner limiti ilə bağlı məsələdən asılı olan çalışmalarımız qalır. Növbəti mövsüm I Liqada legioner limitinin necə olacağı bilinmir. AFFA-nın İcraiyyə Komitəsinin qərarını gözləyirik. Heyətin tam komplektləşməsi limitdən asılı olacaq. Dəqiqləşəndən sonra müvafiq addımlar atacağıq".

Xatırladaq ki, 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" 8 ildən sonra elitanı tərk edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər