"Səbail" 3 min manat cərimələndi

"Səbail" 3 min manat cərimələndi

AFFA İntizam Komitəsinin son iclasında Misli Premyer Liqasının XXVI turunda baş verən digər neqativ hallar müzakirə olunub.

Fanat.Az xəbər verir ki, “Zirə” - “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail”in futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.

Alluşun davranışına görə “Səbail” klubu 3000 manat cərimə edilib.

“Sumqayıt” - “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilib.

“Neftçi” - “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər