"Şalke" baş məşqçisini göndərməyə qərar verdi - RƏSMİ

"Şalke" baş məşqçisini göndərməyə qərar verdi - RƏSMİ

Almaniyanın "Şalke" klubu gələn mövsümə yeni baş məşqçi ilə başlayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin mətbuat xidməti açıqlama yayıb. 

Bildirilib ki, mövsümün sonunda Kes van Vonderenlə yollar ayrılacaq: "Yeni məşqçi "Şalke"nin oyun fəlsəfəsinə uyğun gələn tanınan üsluba malik olmalıdır. Qısacası: biz topla cəsarətlə və məqsədyönlü şəkildə irəli oynamaq, intensiv və emosional işləmək istəyirik". 

Bir çox mütəxəssisin adı "Şalke" ilə hallandırılsa da, favorit namizəd "Kayzerslautern"in keçmiş baş məşqçisi Markus Anfanqdır. 

"Şalke" hazırda Almaniyanın II Bundesliqasında 13-cü yerdədir. Komanda 30 oyunda 38 xal toplayıb.

Qeyd edək ki, Helzenkirhen klubu mövsümün əvvəlində, sentyabrda baş məşqçisi Karel Gerartsı istefaya göndərmişdi. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər