"Real"ı məğlub etməyə hazırıq" - Mikel Arteta

"Real"ı məğlub etməyə hazırıq" - Mikel Arteta

London "Arsenal"ının baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi iddialı danışıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "Kral klubu"nu məğlub etməyə hazır olduğunu bildirib.

Artetanın dediklərini UEFA-nın mətbuat xidməti belə təqdim edib:

"Biz "Real Madrid"i məğlub etməyə hazırıq - mənə lazım olan münasibət budur. Keçən mövsümün son rübündəki komanda olmaq istəyirik. 

Bu, hazırda karyeramın ən vacib oyunudur. Bu, bizim görmək istədiyimiz səhnədir. “Arsenal”ı məhz bu ana görə seçmişdim”.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Arsenal" - "Real Madrid" matçı bu gün - aprelin 8-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər