"Real Sosyedad" finala çıxa bilməyəcək - Statistika belə deyir

"Real Sosyedad" finala çıxa bilməyəcək - Statistika belə deyir

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Real Madrid" "Real Sosyedad"ı qəbul edəcək. 

Fanat.Az xəbər verir ki, ilk görüş “kral klubu”nun 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.

"Opta Sports" cavab oyunu ərəfəsində şansları dəyərləndirib. Mənbənin hesablamasına görə, “kral klubu”nun finala çıxmaq şansı yüksəkdir. "Sosyedad" evdə keçirdiyi ilk oyunların heç birində kubokun növbəti mərhələsinə çıxa bilməyib. 

Bundan başqa, ilk görüşdə minimal hesab qeydə alınsa da, baskların hücum xəttində problemləri var. Belə ki, "Real Sosyedad"ın bu mövsümkü ortalama qol sayı 1-dən azdır. Komanda məhsuldarlığına görə, La Liqanın ən zəif 4 iştirakçısından biridir.

"Real Madrid" - "Real Sosyedad" oyunu bu gecə, Bakı vaxtı ilə 23:30-da baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər