"Real Madrid"lə 23 titul qazanan futbolçu getdi - RƏSMİ

"Real Madrid"lə 23 titul qazanan futbolçu getdi - RƏSMİ

"Real Madrid" rəsmi saytı vasitəsilə komandadan bir futbolçunun ayrıldığını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, söhbət “Kral klubu”nun əsas heyətində 402 matça çıxan müdafiəçi Lukas Vaskesdən gedir. 

34 yaşlı futbolçu "Real"da oynadığı illərdə 23 titul qazanıb. Bura Çempionlar Liqasında 5 kubok və İspaniya La Liqasında 4 çempionluq da daxildir. 

Madrid nəhənginin Lukasla vida mərasimi iyulun 17-də baş tutacaq. Tədbirdə klubunun prezidenti Florentino Peres də iştirak edəcək. 

Müdafiəçi azad agent kimi özünə yeni komanda axtaracaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər