"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

İngiltərənin "Bornmut" klubunun mərkəz müdafiəçisi Din Heysen karyerasını "Real Madrid"də davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, 20 yaşlı ispaniyalı iyunun 1-də “Real Madrid”ə keçəcək. Buna görə də o, 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak edə biləcək.  Müdafiəçinin müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub. 

İspaniya mətbuatın iddiasına görə, Heysenin alınması "Real"a 60 milyon avroya başa gəlib.  Din Heysen bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər