"Qızıl buts"un sahibi İtaliyaya qayıdır - SON DURUM

"Qızıl buts"un sahibi İtaliyaya qayıdır - SON DURUM

Türkiyənin "Beşiktaş" klubunun italiyalı hücumçusu Çiro İmmobile yayda A Seriyasına qayıda bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, Milan "İnter"i onun xidmətində maraqlıdır.

İtaliya çempionu yayda Anxel Korrea və Marko Arnautoviçlə vidalaşacaq və bu üzdən növbəti mövsüm üçün yeni hücumçu axtarır. 

Keçən yay "Latsio"dan "Beşiktaş"a keçən İmmobilenin də A Seriyasına qayıtmaq istədiyi bildirilir. 35 yaşlı hücumçu karyerasının ən məhsuldar illərini rəhbərliyi altında keçirdiyi Simone İnzaqi ilə yenidən işləmək istəyir. İnzaqi 2016-2021-ci illərdə "Latsio"ya rəhbərlik edib. İmmobile 2021-ci ildə İtaliya millisi ilə Avropa çempionu, o cümlədən "Qızıl buts"un qalibi olub.

O, bu mövsüm "Beşiktaş"ın heyətində bütün turnirlərdə 33 matça çıxaraq 15 qol vurub, 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər