"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

Türkiyə çempionu "Qalatasaray"ın qapıçısı Fernando Musleranın klubu tərk etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə “aslanlar”ın mətbuat xidməti məlumat yayıb.

38 yaşlı qolkiper İstanbul nəhəngindən azad agent kimi ayrılıb.

Muslera 14 il "Qalatasaray"da olub və bu müddət ərzində 8 dəfə ölkə çempionu olub, 3 dəfə Türkiyə kubokunu, 5 dəfə Türkiyə Superkubokunu qazanıb. O, 2016-cı ildə Super Liqada mövsümün ən yaxşı oyunçusu seçilib.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər