"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

"Bayern Münhen"in 35 yaşlı hücumçusu Tomas Müller müasir futboldakı fantastik transfer qiymətlərini tənqid edərək, onları şişirdilmiş və absurd adlandırıb.

Fanat.Az xəbər verir ki, CBS almaniyalı ulduz forvardın fikirlərini belə çatdırıb:

"150 milyon avro nə deməkdir? Bu, sürrealdır. Bu, sadəcə, klublar arasında aparılan danışıqlarda göstərilən bir rəqəmdir, real dəyər bu deyil. 150 milyonun nə demək olduğunu kim başa düşə bilər? O pula Neymarı almaq olmaz, amma çoxlu sayda ağac əkmək olar. Yaxud Müllərə veriləcək 150 ​​milyonla çox faydalı işlər görmək olar".

Hazırkı transfer rekordu braziliyalı Neymara məxsusdur: 2017-ci ildə PSJ onun transferi üçün "Barselona"ya 222 milyon avro ödəyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər