"Nyukasl"ın baş məşqçisi xəstəxanaya yerləşdirildi

"Nyukasl"ın baş məşqçisi xəstəxanaya yerləşdirildi

"Nyukasl"ın baş məşqçisi Eddi Hau xəstəliyi səbəbindən komandanın daha iki matçını buraxacaq.

Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

"Sağsağanlar"ın çalışdırıcısı aprelin 13-də Premyer Liqanın 32-ci turunda "Mançester Yunayted"lə oyundan (4:1) əvvəl xəstəxanaya yerləşdirilib və ona pnevmoniya diaqnozu qoyulub.

Haunun vəziyyəti sabitdir, lakin məşqçi komandanın növbəti iki oyununu - İngiltərə çempionatında "Kristal Pelas" və "Aston Villa" ilə matçı buraxmaq məcburiyyətində qalacaq. Bu oyunlar müvafiq olaraq, aprelin 16 və 19-da baş tutacaq. Komandanın baş məşqçisinin aprelin 26-da, "İpsviç"lə matçda ehtiyat oyunçular skamyasına qayıdacağı bildirilib. 

"Nyukasl" hazırda 56 xalla Premyer Liqa cədvəlində dördüncü yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər