"Milan"ın ulduzu Bundesliqa yolunda - SON DURUM

"Milan"ın ulduzu Bundesliqa yolunda - SON DURUM

"Milan"ın və Portuqaliya millisinin vingeri Rafael Leau karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb. 

Mənbənin məlumatına görə, 25 yaşlı forvardla "Bayern Münhen" maraqlanır. Almaniya nəhəngi ulduz futbolçunun transferi ilə bağlı yaxında qarşı tərəfə rəsmi təklif göndərməyə hazırlaşır. Leau özü də gələn mövsüm avrokuboklarda oynamayacaq "Milan"ı tərk etmək istəyir.

Portuqaliyalı vinger 2019-cu ildən "Milan"da çıxış edir. Cari mövsüm bütün turnirlərdə 50 matça çıxan futbolçu 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun "qırmızı-qaralar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" onun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər