"Milan"ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq - RƏSMİ

"Milan"ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq - RƏSMİ

"Milan"ın sabiq hücumçusu Kşiştof Pyöntek Qətərin "Əl-Duhail" klubunun şərəfini qoruyacaq. 

Fanat.Az xəbər verir ki, transferlə bağlı məlumatı klubun mətbuat xidməti yayıb. 

Polyak forvardın son klubu Türkiyənin Super Liqa təmsilçisi "Başakşehir" olub. 29 yaşlı hücumçu ötən mövsümün bütün rəsmi matçlarında, o cümlədən avrokuboklarda 31 qol vurmağı bacarıb. 

Pyöntek ölkəsinin milli komandasında, eləcə də İtaliyanın “Milan”, “Cenoa”, “Fiorentina” və Almaniyanın “Herta” klublarında çıxışları ilə tanınır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər