"Milan" Alleqriyə tapşırıldı - RƏSMİ

"Milan" Alleqriyə tapşırıldı - RƏSMİ

"Milan" klubu Massimiliano Alleqrini komandanın baş məşqçisi təyin edib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı italiyalı mütəxəssislə müqavilənin müddəti dəqiqləşdirilməyib. 

Alleqri dünən, mayın 29-da istefaya göndərilən portuqaliyalı mütəxəssis Seriiu Konseysaunu əvəzləyib.

Massimiliano Alleqri bundan əvvəl 2010-2014-cü illərdə "Milan"ı çalışdırıb. Bundan sonra o, iki dəfə - 2014-2019 və 2021-2024-cü illərdə "Yuventus"la çalışıb.

Xatırladaq ki, “Milan” cari mövsümü A Seriyasının turnir cədvəlində 8-ci yerdə başa vurub. Komanda gələn mövsüm avrokuboklarda oynamayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər