Müdafiənin cinahlarını gücləndirməyə çalışan “Mançester Siti” iki oyunçu ilə güclənməyə can atır.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in əsas hədəfləri “Nyukasl”dan Tino Livramento və “Vulverhempton”dan Rayan Ait-Nuridir.
Bu darədə məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Mənbənin məlumatına görə, İngiltərə nəhəngi 23 yaşlı Ait-Nurinin transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Keçidin çox yaxın vaxtlarda baş tutacağı gözlənilir. Livramentoya gəlincə, "Nyukasl" 22 yaşlı müdafiəçini saxlaya biləcəyinə ümid edir.
"Transfermarkt" Ait-Nurinin dəyərini 35 milyon, Livramentonu isə 40 milyon avro qiymətləndirilir.
Mirağa