"Malyorka" "Barselona"nın ulduzunu "su qiyməti"nə aldı - MƏBLƏĞ

"Malyorka" "Barselona"nın ulduzunu "su qiyməti"nə aldı - MƏBLƏĞ

"Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Pablo Torre "Malyorka"ya keçib. 

Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Klublar 22 yaşlı ispaniyalının tam transferi ilə bağlı razılığa gəliblər. Həmçinin, “Barselona” Torreni sonradan geri almaq üçün prioritet hüquqa malik olacaq. Kataloniya klubu futbolçunun sonrakı satışından da müəyyən faiz alacaq. 

İspaniya mətbuatı "Malyorka"nın Torreni "Barselona"dan cəmi 500 min avroya aldığını idda edir.

Torre 2022-ci ildən "Barselona"da çıxış edir. Bu müddət ərzində o, 27 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər