"Liverpul"da ayın oyunçusu seçildi - Bu, Salah deyil

"Liverpul"da ayın oyunçusu seçildi - Bu, Salah deyil

"Liverpul" ötən ayın nəticələrinə əsasən komandanın ən yaxşı oyunçusunun adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fərdi mükafatı qapıçı Alisson Bekker alıb. Braziliyalı qolkiper azarkeşlərin səsverməsində 29 faiz səs toplayıb. Alisson sorğuda hücumçu Məhəmməd Salah və yarımmüdafiəçi Dominik Soboslaini qabaqlayıb. 

32 yaşlı braziliyalı bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyun keçirib və 18 qol buraxıb. Bekker 9 oyunda qapısını təmiz saxlayıb. 

29 oyundan sonra 70 xalı olan "Liverpul" İngiltərə çempionatının turnir cədvəlinə inamla başçılıq edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər