"Liverpul" növbəti transferini açıqladı

"Liverpul" növbəti transferini açıqladı

Transfer bazarında fəallığı ilə diqqət çəkən "Liverpul" daha bir yeni oyunçunu heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, İngiltərə çempionu "Preston"un qapıçısı Freddi Vudmanla müqavilə imzalayıb.

Bu barədə “qırmızılar”ın mətbuat xidməti məlumat yayıb.

Anlaşmanın şərtləri hələlik məlum deyil. 28 yaşlı qolkiper İngiltərə çempionuna azad agent kimi qoşulub.

Vudman keçən mövsüm "Preston"un heyətində bütün yarışlarda 44 oyun keçirib, 48 qol buraxıb və 17 dəfə qapısını toxunulmaz saxlayıb. O, daha əvvəl “Nyukasl”, “Aberdin”, “Suonsi”, “Bornmut” və “Kilmanrok”da da çıxış edib.

Freddinin Alisson və Mamardaşvilidən sonra "Liverpul"un üçüncü qapıçısı olacağı gözlənilir.

"Liverpul" iki gün əvvəl "Bornmut"un müdafiəçisi Miloş Kerkezi transfer etdiyini açıqlamışdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər