"Liverpul" yeni transfer reallaşdırmağa yaxındır. Fanat.Az xəbər verir ki, İngiltərə çempionu komandadan ayrılacağı dəqiqləşən Aleksandr-Arnold Trentin boşluğunu "Bayer"in sağ cinah müdafiəçisi Ceremi Frimponqla dolduracaq. Bu barədə informasiyanı tanınmış insayder Fabrizio Romano paylaşıb. Transfer xəbərləri üzrə mütəxəssis "qırmızı-qaralar"ın 24 yaşlı niderlandlı ilə şifahi razılıq əldə etdiyini bildirib. Son danışıqlar tərəfləri transferə yaxınlaşdırıb. "Liverpul"un hələ də transferlə bağlı razılaşdırmadığı bəzi detallar var, lakin müqavilə razılaşdırılıb. Ceremi Frimponq dörd il yarımdır ki, "Bayer"də oynayır. Bu müddət ərzində o, "əczaçılar"ın heyətində 190 matç keçirib, 30 qol vurub və 44 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsində 35-40 milyon avroluq satınalma maddəsi var. Mirağa
"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı