"Karvan" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

"Karvan" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" komandasının baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.

Komandaya Azər Həşimov rəhbərlik edəcək. Onun köməkçisi Zaur Hacıyev, qapıçılar üzrə məşqçi isə Hüseyn Məhəmmədov olacaq.

Qeyd edək ki, "Karvan" ötən mövsüm Azərbaycan I Liqasını üçüncü pillədə bitirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər