"İnter"in tarixində Lautaro kimisi olmayıb

"İnter"in tarixində Lautaro kimisi olmayıb

Argentina millisinin hücumçusu Lautaro Martines “İnter”in heyətində Çempionlar Liqasında yeni rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, 27 yaşlı forvard Milan klubunun tarixində meydana çıxdığı ardıcıl 5 ÇL oyununda qol vuran ilk futbolçu olub.

Martines "Sparta" (1:0), "Feyenoord" (2:0), "Bayern Münhen" (2:1 və 2:2 nəticələnən hər iki matçda) və "Monako" ilə (3:0) qarşılaşmada fərqləniib. Argentinalı 1/8 finalın "Feyenoord"la cavab matçını buraxıb.

Dünən “Bayern”ə vurduğu qol Lautaronun “İnter”in heyətində bütün yarışlarda 150-ci, Çempionlar Liqasında isə 20-ci qolu olub.

Xatırladaq ki, aprelin 16-da “İnter” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bayern” ilə 2:2 bərabərə qalaraq yarımfinala yüksəlib. İtaliya nəhəngi finala vəsiqə uğrunda “Barselona” ilə qarşılaşacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər