"İkinci hissəyə baxsaq, iki xal itirdiyimizi düşünürəm" - Ayxan Abbasov

"İkinci hissəyə baxsaq, iki xal itirdiyimizi düşünürəm" - Ayxan Abbasov

Misli Premyer Liqasının 32-cu turunda səfərdə "Turan Tovuz"la qarşılaşan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov görüşü şərh edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 heaablı bərabərliklə nəticələnən oyundan sonra keçirilən mətbuat konfransında belə danışıb:

"Çətin və maraqlı oyun alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. İlk hissədə oyun meydanın mərkəzində getdi. İkinci hissədə isə tez-tez hücumlara çıxırdıq. Oyunun ikinci hissəsinə baxsaq, iki xal itirdiyimizi düşünürəm. Ümumi götürəndə, oyunçularımdan razı qaldım. Rəqibin güclü tərəflərini bilirdik. “Turan Tovuz” yaxşı komandadır. Hər xal bizim üçün vacibdir. Çalışacağıq ki, mövqeyimizi daha da yaxşılaşdıraq".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər