"Hər şey bir anda dəyişə bilər" - Enrike ÇL-in finalından danışdı

"Hər şey bir anda dəyişə bilər" - Enrike ÇL-in finalından danışdı

PSJ klubunun baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının "İnter"lə keçiriləcək final oyunu haqda danışıb. 

Fanat.Az xəbər verir ki, "Marca" ispaniyalı mütəxəssisin oyunöncəsi fikirlərini belə çatdırıb:

"Əsas çətinlik əslində aydındır. Komandalardan biri müdafiə mövqeyinə keçəndə yer az qalır və oyunçu sıxlığı olur. Lakin bu, mənim komandalarımın həmişə öhdəsindən ən yaxşı şəkildə gəldiyi mərhələdir. Problem nədir? "İnter"də həm müdafiədə, həm də hücumda əla fərdi oyunçular var. Hər şey bir anda dəyişə bilər. Siz buna uyğunlaşa bilməlisiniz".

Xatırladaq ki, final oyunu bu gün, mayın 31-də saat 23:00-da başlayacaq. Yarımfinalda “İnter” “Barselona”nı məğlub edib, PSJ isə “Arsenal”dan güclü olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər