"Fransızca bilməyim nəinki yaxşı olardı, hətta vacibdir" - Luis Enrike

"Fransızca bilməyim nəinki yaxşı olardı, hətta vacibdir" -  Luis Enrike

PSJ klubunun baş məşqçisi Luis Enrike fransız dilini öyrənməklə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, "RMC Spor" ispan mütəxəssisin dediklərini belə çatdırıb:

"Səmimi şəkildə bildirmək istəyirəm ki, soyunub-geyinmə otağımızda hansı dildə danışmağın heç bir əhəmiyyəti yoxdur. Bu, bizim dünyamızın necə olduğuna, bir çox dillərin danışıldığına dair bir nümunədir. Fransızlar sadə fransızca danışsalar, yaxşı olardı. Amma bu, Fransadan olan bir klubdur və mənim məskunlaşdığım, işlədiyim ölkənin dilini bilməyim nəinki yaxşı olardı, hətta vacibdir. Hansısa ölkənin dilini daha yaxşı öyrənməyə başlasanız, oranın mədəniyyətini başa düşmək sizi motivasiya edəcək".

Hazırda Luis Enrikenin komandası 78 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər