"Fənərbağça"nın Sançezə təklif etdiyi maaş məlum olub - MƏBLƏĞ

"Fənərbağça"nın Sançezə təklif etdiyi maaş məlum olub - MƏBLƏĞ

"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, Türkiyə nəhəngi, "Udineze"dən ayrılmağa yaxın olan Aleksis Sançezlə danışıqlar aparır.

Bu barədə məlumatı "Fotomaç" yayıb.

Mənbənin məlumatına görə klub futboçuya 2 illik müqavilə təklif edib. Təklifi qəbul etdiyi təqdirdə Sançez ilinə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, çilili hücumçu "Barselona" , "Arsenal" , "Mançester Yunayted" və "İnter" kimi Avropa nəhənglərinin formasını geyinib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər