"Fənərbağça" pis xəbər aldı

"Fənərbağça" pis xəbər aldı

Türkiyə nəhəngi "Fənərbağça" pis xəbər alıb.

Fanat.Az xəbər verir ki, klub yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçu Qranit Caka Səudiyyə Ərəbistanı təmsilçisi NEOM ilə anlaşıb.

Bu barədə məlumatı "Sky Sports" yayıb.

Klub Cakaya ilinə 10 milyon avro maaş təklif edib. Caka bu təklifi qəbul etsə də, "Bayer Leverkuzen" 6 milyon avroluq transfer məbləğini rədd edib.

Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, ötən mövsüm 49 matçda meydanda olan yarımmüdafiəçi 2 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər