"Fənərbağça" Livakoviçə əvəzləyici tapıb

"Fənərbağça" Livakoviçə əvəzləyici tapıb

Yay transfer pəncərəsində heyətini gücləndirməyə çalışan "Fənərbağça" Livakoviçin komandadan ayrılacağı təqdirdə yeni qapıçı transferi edəcək.

Fanat.Az xəbər verir ki, klub heyətinə "Yuventus"da çıxış edən Mattia Perini qatmaq istəyir.

Bu barədə məlumatı "Fotomaç" yayıb.

Xəbərdə klublar arasında danışıqların başlandığı bildirilir.

Qeyd edək ki, 32 yaşlı italiyalı kiper ötən mövsüm çıxış etdiyi 9 matçda 8 top buraxıbsa 3 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər