"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/4 finalın daha bir görüşü baş tutub.

Fanat.Az xəbər verir ki, London “Çelsi”si Braziliyanın “Palmeyras” komandası ilə qarşılaşıb.

İngiltərə nəhəngini 2:1 hesabı ilə məğlub edib. Matçda hesabı erkən açan "Çelsi" 16-cı dəqiqədə Koul Palmerin qolu ilə önə keçib. İkinci hissənin əvvəlində, 53-cü dəqiqədə braziliyalılar Estevanun qolu ilə tarazlığı bərpa ediblər. Ancaq "zadəganlar" matçın sonlarına yaxın yenidən üstünlüyə yiyələniblər. "Palmeyras"ın qapıçısı Vevertonun 83-cü dəqiqəyə təsadüf edən avtoqolu həlledici olub. Beləliklə, 2:1 hesabı ilə qalib gələn "Çelsi" yarımfinala adlayan tərəf olub.

İngiltərə təmsilçisi yarımfinalda da Braziliya təmsilçisi ilə qarşılaşacaq. Londonlular finala vəsiqə uğrunda “Fluminense” ilə üz-üzə gələcək. Oyun 8 iyunda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər