"Əl-Əhli"dən ayrılan Firminonun yeni klubu bilindi

"Əl-Əhli"dən ayrılan Firminonun yeni klubu bilindi

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun braziliyalı hücumçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək.  Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.  Mənbənin məlumatına görə, 33 yaşlı futbolçu "Əl-Sədd"ə keçir. Forvard Asiya Çempionlar Liqasını qazandıqdan sonra “Əl-Əhli”ni tərk etmək qərarına gəlib və artıq Qətər klubu ilə müqaviləni razılaşdırıb.  Firmino 2023-cü ildən çıxış etdiyi "Əl Əhli"də bütün turnirlərdə 65 matçda iştirak edib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər