"Bu, görmək istədiyim komanda idi" - Rudi Qarsiya

"Bu, görmək istədiyim komanda idi" - Rudi Qarsiya

Belçika yığmasının baş məşqçisi Rudi Qarsiya Millətlər Liqasının A Liqası uğrunda pley-off mərhələsi çərçivəsində Ukrayna ilə cavab matçında qələbə qazanan komandasının oyununu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, onun fikirlərini HLN belə təqdim edib: 

"Səfər matçından sonra görmək istədiyim reaksiyanı aldım. Biz əla komanda ola biləcəyimizi göstərdik. Bu, görmək istədiyim komanda idi. Artıq komandanın təməlini qoyduq. İndi bütün diqqətimizi 2026-cı il dünya çempionatına vəsiqə qazanmağa yönəltmişik. İyun ayına yaxın oyunçuları bir az daha yaxından tanımaq istəyirəm, lakin bu həftədən artıq həzz aldım".

Xatırladaq ki, Belçika səfərdəki ilk matçda 1:3 hesabı ilə yenilmişdi. Lakin Rudi Qarsiyanın komandası evdə 3:0 hesablı qələbə sayəsində A Liqasına vəsiqə qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər