"Beşiktaş" yeni mövsümün hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, "qara qartal" "Union Berlin" forması geyinən Danilo Duhinin transferi üçün Almaniya klubu ilə danışıqlara başlayıb.
Bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərdə bildirilir ki, Türkiyə təmsilçisi ilə yanaşı "Valensiya" da Danilonu yaxından izləyir.
Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm klubunun heyətində 34 matçda 1 qolla yadda qalıb.
Kamil Xudiyev