"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

"Bayern Münhen" klublararası dünya çempionatından sonra hücumameyilli yarımmüdafiəçisi Camal Musialanın forma nömrəsini dəyişəcəyini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, ulduz futbolçu Leroy Sanenin gedişindən sonra boşda qalan 10 nömrəli formanı geyinəcək. 

Musialanın klublararası dünya çempionatının qalan matçlarında 42 nömrə altında çıxışına davam edirəcəyi də vurğulanıb. 

Leroy Sane "Bayern"də 5 il "10 nömrə" olub. Bundan əvvəl Münhen nəhəngindədə 10 nömrə altında Lotar Matteus, Gerd Müller, Filipp Koutinyo, Roy Makaay və digər futbolçular çıxış edib. 

"Bayern" klublararası dünya çempionatında növbəti oyununu iyulun 5-də 1/4 finalda PSJ-yə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər