"Bayern Münhen"in müdafiəçisi Fransa klubu ilə anlaşdı

"Bayern Münhen"in müdafiəçisi Fransa klubu ilə anlaşdı

"Bayer Münhen"in müdafiəçisi Erik Dayer karyerasını Fransada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı BBC yayıb.

Mənbənin məlumatına görə, “Monako” klubu onunla anlaşıb. Keçidlə bağlı danışıqlar son mərhələdədir.

Tərəflərin ilkin razılaşmasına əsasən, Dayer sonradan bir il artırılmaq şərti ilə üç illik müqaviləyə imza atacaq. 

İngiltərəli oyunçu bu mövsüm "Bayern Münhen"in heyətində 25 oyuna çıxıb. Bundesliqanın qalibi olmaq ərəfəsində olan futbolçu karyerasında ilk çempionluğu əldə etməyə yaxındır.  

Qeyd edək ki, Dayer keçən ilin yanvarında "Tottenhem"dən "Bayern Münhen"ə icarə əsasında keçib. Ancaq almanlar yayda onu birdəfəlik transfer ediblər. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər