"Barselona"nın nümayəndələri baş katiblə görüşdülər

"Barselona"nın nümayəndələri baş katiblə görüşdülər

İspaniyanın “Barselona” klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Qonaqlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər.

Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər