"Barselona"nın baş məşqçisi Viktorla bağlı Dekuya göstəriş verdi - SON DURUM

"Barselona"nın baş məşqçisi Viktorla bağlı Dekuya göstəriş verdi - SON DURUM

"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin komandanın hücumçusu Pau Viktorla bağlı mövqeyi məlum olub.

Fanat.Az xəbər verir ki, Viktora ümid bəsləyən alman mütəxəssis onun satılmasını istəmir. 

Məlumatı "Diario Sport" yayıb. 

Mənbənin məlumatına görə, Flik klubun idman direktoru Dekuya forvardla bağlı istənilən təklifi rədd etməyi tapşırıb. 

Hücumçunun "Barselona" ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir. 

23 yaşlı Viktor bu mövsüm bütün turnirlərdə 24 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər