"Barselona" yeni hücumçu gətirir - 52 milyona

"Barselona" yeni hücumçu gətirir - 52 milyona

İspaniyanın "Barselona" klubu "Fiorentina"nın 25 yaşlı hücumçusu Moyze Kinlə ciddi maraqlanır.

Fanat.Az xəbər verir ki, məlumatı “La Gazzetta dello Sport” yayıb. 

Mənbənin məlumatına görə, kataloniyalılar Kini 36 yaşlı hücumçu Robert Levandovskinin potensial əvəzləyicisi kimi görür.

Moyze Kinin "bənövşəyilər"lə müqaviləsində 52 milyon avroluq sərbəstqalma maddəsinin olduğu iddia edilir. "Barselona" bu məbləği ödəməyə hazırdır. 

Bu mövsüm Moyze Kin "Fiorentina"nın heyətində bütün turnirlərdə 35 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər