"Barselona" Fortla bağlı qərarını verdi

"Barselona" Fortla bağlı qərarını verdi

"Barselona"nın müdafiəçisi Ektor Fort gələn mövsüm komandada qalacaq. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış idman jurnalisti Karlos Monfort yayıb. 

Mənbənin məlumatına görə, 18 yaşlı futbolçu klubdan və məşqçidən etimad zəmanəti alıb. Oyunçuya deyilib ki, Hans-Diter Flik gələn mövsüm ona ümid edir, ona görə də "blaugrana" onunla ayrılmaq niyyətində deyil. 

Bu mövsüm Fort bütün turnirlər nəzərə alınmaqla, 21 matçda iştirak edib. Fortun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" müdafiəçinin dəyərini on milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər