"Barsa" "İnter"ə asanlıqla qalib gələ bilərdi" - Lamin Yamal

"Barsa" "İnter"ə asanlıqla qalib gələ bilərdi" - Lamin Yamal

"Barselona"nın vingeri Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda üzləşdikləri "İnter"lə qarşılaşma barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, AS nəşri ulduz futbolçunun heç-heçə etdikləri matça bağlı dediklərini belə təqdim edib:

"Barsa" bu görüşdə asanlıqla qalib gələ bilərdi. Amma indi cavab matçını düşünürük. Finala bir addım qalmışıq, buna hər şeyimizi verməliyik.

Komandaya kömək etdiyim üçün şadam. Hər şeyimi verməyə çalışıram. Amma daha çoxunu, yəni qalib gəlmək istəyirdim. Qələbə qazanmaq ən vacib şeydir. Buna görə də bir az əsəbiləşdim”.

Qeyd edək ki, "Barselona" evdə keçirdiyi ilk oyunda 3:3 hesablı heç-heçəyə razılaşıb. Yamal komandasının ilk qolunun müəllifi olub.

Tərəflər arasında cavab qarşılaşması 6 mayda Milanda baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər