"Ayın qolu" layihəsinin qalibləri bilindi

"Ayın qolu" layihəsinin qalibləri bilindi

Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında Patrik Andrade (“Qarabağ”), 1-ci Liqada Ramil Orucov (MOİK), 2-ci Liqada Eşqin Tağıyev (“Qusar”) qalib olub.

2-ci Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə, şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər