"Ayaks" yeni baş məşqçisinin adını açıqladı

"Ayaks" yeni baş məşqçisinin adını açıqladı

"Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, Con Heytinqa Niderland nəhənginin sükanı arxasına keçib. 

Məlumatı Amsterdam təmsilçisinin rəsmi saytı yayıb. 

42 yaşlı mütəxəssislə 2027-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slotun keçmiş köməkçisi olan Heytinqa "Ayaks"la iş təcrübəsinə malikdir. O, 2022/2023 mövsümündə də komandada müvəqqəti baş məşqçi kimi çalışıb. Həmin vaxt gənc mütəxəssisin rəhbərliyi altında komanda 22 oyun keçirib və 3-cü yeri tutub. Ölkə kubokunun finalında paytaxt klubu PSV-yə uduzub.

2024/2025 mövsümündə isə "Ayaks"ın baş məşqçisi Françesko Farioli olub. Komanda 9 xal öndə olmasına baxmayaraq, çempionluq mübarizəsində PSV-yə uduzub. İtaliyalı mütəxəssis rəhbərliklə fikir ayrılığına görə vəzifəsini tərk edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər