"Avropa Liqasına vəsiqə qazanarıq" - MÜSAHİBƏ

"Avropa Liqasına vəsiqə qazanarıq" - MÜSAHİBƏ

Topaz Premyer Liqasının IX turunda keçmiş komandasına qarşı mübarizə aparan “İnter”in qolkiperi Səlahət Ağayev müsahibə verib. Fanat.az xəbər verir ki, əlcək sahibi bir çox məqamlara toxunub:

 

- Keçən mövsüm “Sumqayıt”ın şərəfini qoruyurdun, bu dəfə “Sumqayıt”a qarşı oynadın. Təəssüratların necədi?

- Nə deyim?  Ötən il “Sumqayıt”da oynadım. “İnter”ən icarəyə gəlmişdim. “Sumqayıt” mənə böyük futbolda daha bir addım irəli atmağa kömək oldu.

 

- Belə başa düşdüm ki, bu gün “İnter”də əsas heyətdə oynamağında “Sumqayıt”ın da böyük rolu var...

- Bəli, tamamilə razıyam.

 

- “Sumqayıt”da nələr dəyişib? Komanda hazırda sonuncu pillədə qərarlaşıb...

- Çox dəyişikliklər oldu. Nə deyə bilərəm? Komanda sonuncu pillədə gedir. Keçən il də buna bənzər hal olmuşdu.  Gənclərdən qurulan komandadı. İnşallah, yaxşı olar, onlara da uğurlar arzulayıram.

 

- “İnter”in “qara zolaq”dan çıxdığını demək olar?

- Mənə elə gəlir ki, komanda özünə gəlib.

 

- Çempion ola biləcəksiz?

- Çempion ola bilməsək də Avropa Liqasına vəsiqə qazana bilərik.

 

Rekord.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər