"Artıq qorxduğumuz heç kim yoxdur, "Barselona" ÇL-in favoritidir" - Lamin Yamal

"Artıq qorxduğumuz heç kim yoxdur, "Barselona" ÇL-in favoritidir" - Lamin Yamal

"Barselona"nın vingeri Lamin Yamal komandasını bu mövsüm Çempionlar Liqasını qazanmağa əsas namizəd hesab edir.

Fanat.Az xəbər verir ki, 17 yaşlı ispaniyalı bu haqda “Sport”a müsahibəsində belə deyib:

"Liverpul"u 1/8 finalda mübarizədən kənarlaşdırıldıqdan sonra bu turnirdə daha qorxacaq rəqib yoxdur. Biz indi Çempionlar Liqasını qazanmaq üçün favoritik. "Liverpul" əsas favorit idi, indi biz onların yerini tutmuşuq. Çempionlar Liqasını mütləq qazana bilərik. Biz artıq bir il əvvəl PSJ ilə qarşılaşan komanda deyilik".

"Barselona" Çempionlar Liqasının növbəti mərhələsində Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. 1/4 final görüşləri aprelin 8-i və 15-də keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər