"Arsenal"ın oyun tərzinə uyğunlaşırıq" - Luis Enrike

"Arsenal"ın oyun tərzinə uyğunlaşırıq" - Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinalında üzləşəcəkləri London "Arsenal"ı ilə görüşdən danışıb. 

Fanat.Az xəbər verir ki, "Get French Football News" ispaniyalı mütəxəssisin fikirlərini belə çatdırıb:

"Biz necə "Arsenal"la qarşılaşacağımızı bilməliyik. Onlar tez qol vursalar, bundan sonra tempi aşağı sala bilərlər. Başlanğıcda daha güclü pressinq edəcəklər. Biz bu oyun tərzinə uyğunlaşırıq".

"Arsenal" ÇL-də "Real Madrid"i ümumi hesabda 5:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. PSJ isə 1/4 finalda İngiltərənin digər komandası "Aston Villa"dan üstün olub (4:3). Beləliklə, bu turnirdə heç vaxt qalib gəlməyən iki klub Çempionlar Liqasının finalına vəsiqə uğrunda mübarizə aparacaqlar.

Tərəflər aprelin 19-dan 20-nə keçən gecə üz-üzə gələcəklər. Qarşıdurmanın ilk oyunu "Arsenal"ın doğma stadionunda baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər