"Arsenal"ın əsas oyunçusu sıradan çıxdı - "Real"la ÇL matçında olmayacaq?

"Arsenal"ın əsas oyunçusu sıradan çıxdı - "Real"la ÇL matçında olmayacaq?

"Arsenal"ın mərkəz müdafiəçisi Qabriel dos Santos Maqalyans İngiltərə Premyer Liqasının 30-cu turunun "Fulhem"lə oyununda zədələnib.

Fanat.Az xəbər verir ki, braziliyalı oyunçu erkən dəqiqələrdə bud nahiyəsindən zədə alıb.

Onu 16-cı dəqiqədə polşalı müdafiəçi Yakub Kivier əvəzləyib.

Müayinənin nəticəsi açıqlanmasa da, "The Times" Qabrielin "Real Madrid"lə ilk ÇL matçını buraxacağını bildirib.  

Qeyd edək ki, Mikel Artetanın yetirmələri aprelin 8-də UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid"lə qarşılaşacaq.

Braziliyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər