"Aris" növbəti transferini razılaşdırdı

"Aris" növbəti transferini razılaşdırdı

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı  rəqibi “Aris” növbəti keçidini razılaşdırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Yunanıstan təmsilçisi 25 yaşlı ispanyalı müdafiəçi Pedru Alvaro ilə anlaşıb. 

Portuqaliyanın "Estoril" klubunun sabiq futbolçusu artıq Salonikiyə gəlib. Pedru Alvaro tibbi və fiziki testlərdən keçdikdən sonra üç illik müqaviləyə imza atacaq. 

Qeyd edək ki, “Aris” bundan əvvəl Taso Donis ilə Noa Fandiqanı transfer edib. Salonikililər "Araz-Naxçıvan"la ilk oyununu iyulun 24-də Bakıda, cavab görüşünü iyulun 31-də öz meydanında keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər